Erik ten Haq: “Oyunçular məsuliyyət daşımalıdırlar”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Aston Villa” ilə ev oyunu ərəfəsində komandasının hazırlığı haqda fikirlərini paylaşıb.

Arena.az “The Guardian” dərgisinə istinadən məlumat verir ki, holland mütəxəssisin sözlərində “qırmızı şeytanlar”ın mükəlləf olduğu məqamlarla yanaşı, komandaya müraciət yer alıb:

“Oyunçular məsuliyyət daşımalıdırlar. Mən məsuliyyəti öz üzərimə götürməliyəm, futbolçular isə məsuliyyəti öz üzərinə götürməlidirlər.

Ancaq bu, hamısı deyil. Bəzən ətrafda daha gənc oyunçular olanda böyüklərdən daha çox şey gözləyirsən. Ancaq kifayət qədər yaxşısınızsa və kifayət qədər inamlısınızsa, deməli, siz də kifayət qədər yetkinsiniz, yaşın isə artıq əhəmiyyəti yoxdur. Biz bunu birlikdə etməliyik – birlikdə. Oyunlarda qalib gələcək komandanı meydana çıxarmalıyıq.

Əlbəttə, biz “Mançester Yunayted”də ölçülərin nə olduğunu bilirik və komanda olaraq qalib gəlməliyik. Ona görə də mən “məsuliyyət” sözünün mənasını başa düşürəm. Biz bunu bir komanda olaraq öhdəmizə götürməliyik – hər bir şəxs üzərimizə düşən məsuliyyəti yerinə yetirmək üçün yüz faiz öz töhfəsini verməlidir”, deyə Erik Ten Haq sözlərində futbolçularına mürəciətin olduğunu başa düşməyə imkan verib.

Xatırladaq ki, dekabrın 27-də keçiriləcək “Mançester Yunayted” – “Aston Villa” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Hazırda “Mançester Yunayted” Premyer Liqanın 18 turundan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb. “Aston Villa” isə 39 xalla 3-cü pillədədrir və çempionluğa iddialıdır. Premyer Liqaya 40 xalla “Arsenal” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: