Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 18-ci tur
“Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 800 manat cərimə edilib.
“Zirə” – “Qarabağ” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 18-ci tur
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 18-ci turu ilə də bağlı ilin son cəzalarını açıqlayıb:
“Qəbələ-2” – “Sabah-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə edilib. “Sabah”ın futbolçusu Xəyal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Paytaxt komandası buna görə də 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Sumqayıt”ın futbolçusu Tural Axverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sumqayıt” buna görə 50 manat cərimə edilib. “Səbail”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib.


