UEFA Super Liqa işi ilə bağlı Avropa Məhkəməsinə müraciət etdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa Super Liqasının işi ilə bağlı Avropa Ədalət Məhkəməsinə müraciət edib.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

UEFA Avropa Ədalət Məhkəməsindən Avropa Super Liqası ilə bağlı mətbuat təqdimatının dəyişdirilməsini xahiş edib.

Mənbənin məlumatına görə, UEFA press-relizdə düzəlişlər edilməsini istəyib. Çünki qitə futbol təşkilatının fikrincə, bu, “qeyri-dəqiq” və “ziddiyyətlədir” ki, bu da öz növbəsində, məhkəmənin müvafiq qərarını Super Liqa tərəfdarlarına öz qələbələri kimi şərh etməyə imkan verir.

Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Avropa Super Liqasının yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Məhkəmə qərarı ilə vurğulanır ki, təşkilatların Avropada klub yarışlarında inhisar hüququ yoxdur. Bu üzdən də Avropa qanunlarına əsasən Super Liqa rəsmi olaraq yaradıla bilər.

Eyni zamanda, Super Liqa UEFA və FIFA-nı 2021-ci ilin mayında rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan edib. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko Madrid”, “Barselona”, “Real” klubları, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi. İndi Super Liqa fikrinin tərəfdarları sırasında yalnız bu ideyanın təsisçisi “Real” və bu fikrə qüvvətlə dəstək verən “Barselona” qalıb. Qalan bütün iştirakçılar Super Liqanı tərk etməklə yanaşı, hazırda tənqid mövqeyi tutublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: