FIFA “Barselona”nı Dünya Kubokuna dəvət etmək niyyətində deyil

FIFA “Barselona”nı 2025-ci ildə ABŞ-da yenilənmiş tərtibatda keçiriləcək Dünya Kubokunda iştirak etmək üçün dəvət etmək niyyətində deyil.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, İspaniya bu turnirdə yalnız 2 komanda ilə təmsil edilə bilər. “Real” artıq 2021/2022 mövsümünün Çempionlar Liqasının qalibi kimi yarışa dəvət aldığından, İspaniyadan digər komandanın iştirakı açıq olaraq qalır.

Amma FIFA-nın “Barselona” ilə arasında münasibətlərdə gərginlik olduğu üçün Kataloniya nəhəngini turnirə cəlb etməyəcəyi vurğulanır. Bu gərginliyə səbəb “blauqrana” rəhbərliyinin Super Liqa layihəsini cani-dildən dəstəkləməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, klublararası dünya çempionatının yenilənmiş tərtibatı 32 komandanın iştirakını nəzərdə tutur. Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiya və Şimali Amerikadan 4, Okeaniyadan isə 1 klub yarışa dəvət alacaq. Turnir ABŞ-da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: