Stefano Pioli “Milan”ını “Liverpul” və “Bayer”ə tay tutur

“Milan”ın baş məşqçisi Stefano Pioli komandasının mövsümün qalan hissəsindəki hədəflərindən biri – Avropa Liqası haqda danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Avropa Liqası əsas məqsədlərimizdən biridir. Orada “Liverpul” və “Bayer Leverkuzen” kimi digər böyük komandalar da iştirak edirllər. Bununla belə, bizim onlardan səviyyəcə çox aşağı olduğumuza əmin deyiləm.

Bu turnirdə qalib olmaq vacib və çətin məqsəddir. Oyunlar Cümə axşamı keçirildiyi üçün Çempionlar Liqasını qazanmaqdan daha çətin ola bilər. Amma bizə yaxşıca çalışmaq gərəkdir”, deyə Stefano Pioli bildirib.

Xatırladaq ki, “Milan” Dortmund “Borussiya”sı, PSJ və “Nyukasl”ın yer aldığı, Çempionlar Liqasının “F” qrupunda 3-cü yeri tutaraq qitənin ən mötəbər turnirində çıxışına xitam verib. Əvəzində “rossoneri” Avropa Liqasının ələmə mərhələsində mübarizə aparacaq. İtaliya nəhənginin rəqibi Fransa təmsilçisi “Renn” olacaq. Oyunlar fevralın 15-də və 22-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: