Almaniyanın “Nürnberq” klubunun və bu ölkənin U-21 yığmasının sol cinah müdafiəçisi Nataniel Braun “Ayntraxt”a transfer olub.
Arena.az xəbər verir ki, bu barədə Frankfurt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Amma gənc futbolçunun 2023/2024 mövsümünün sonuna qədər “Nürnberq”də icarə əsasında oynamağa davam edəcəyi diqqətə çatdırılıb. Braun “Ayntraxt”a bu ilin yayında qoşulacaq.
Xatırladaq ki, Nataniel Braun “Nürnberq”in öz yetirməsidir. O, 2022-ci ilin yayından bu klubun əsas komandasında forma geyinir. Gənc futbolçu Frankfurt təmsilçisinin heyətində bütövlükdə 27 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi 2023-cü ilin sentyabr ayında debüt etdiyi Almaniyanın U-21 yığmasında 4 matça çıxıb.


