“Şamaxı” “Füzuli” ilə yoxlama oyunu keçirəcək

Birinci Liqada 2023/2024 mövsümünün qalan hissəsinə hazırlaşan “Şamaxı” qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, sözügedən komanda yanvarın 21-də İkinci Liqa təmsilçisi “Füzuli” ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Şamaxı şəhər stadionunda keçiriləcək oyuna saat 14:00-da start veriləcək.

Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi ilk yoxlama oyununda yanvarın 14-də Saatlıda “Araz Saatlı” ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: