Azərbaycan futbolunda cari mövsümün ən məhsuldar oyunları

Azərbaycan futbolunda 2023/2024 mövsümünün 2023-cü il ərzində baş tutan ən məhsuldar oyunlarında 10 qol vurulub.

Arena.az xəbər verir ki, Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və İkinci Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisində 8:2 hesabı qeydə alınıb.

Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və İkinci Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə, 14 dəfə ən azı 8 top vurulub.

Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/2024 mövsümünün ən azı 8 qol vurulan oyunların biri Premyer Liqa, biri ölkə kuboku, biri Birinci Liqa, üçü Əvəzedicilər Liqası, səkkizi İkinci Liqaya təsadüf edib.

Azərbaycan futbolunda bu mövsümün 8 və daha çox qolun vurulduğu oyunları:

14.11.2023. İL. Göygöl – Şəmkir – 8:2

19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan – 2:8

25.09.2023. İL. Kür-Araz – Kürmük Qax – 6:3

06.11.2023. İL. Şahdağ Qusar – Dinamo – 9:0

13.08.2023. ƏL. Araz-Naxçıvan – Qəbələ – 2:6

11.09.2023. İL. Qusar – Şəmkir – 7:1

21.09.2023. BL. Şamaxı – Araz Saatlı – 8:0

01.10.2023. ƏL. Turan Tovuz – Neftçi – 0:8

24.10.2023. İL. Şəfa – Cəbrayıl – 2:6

31.10.2023. İL. Cəbrayıl – Ağdaş – 5:3

04.11.2023. APL. Qarabağ – Kəpəz – 7:1

27.11.2023. ƏL. Neftçi – Araz-Naxçıvan – 8:0

05.12.2023. İL. Kür-Araz – Lerik – 7:2

15.12.2023. İL. Lerik – Dinamo – 4:4

APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan kuboku, ƏL – Əvəzedicilər Liqası, BL – Birinci Liqa, İL – İkinci Liqa

Xəbəri sosial şəbəkələrdə paylaş: