“Milan”la “Roma” İtaliya Kubokunda mübarizəni dayandırdılar

Bu gecə futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Latsio” əzəli rəqibi “Roma”nı, “Milan” isə “Atalanta”nı sınağa çəkib. Roma derbisində “Latsio” minimal hesabla üstün olub. Üç qolun qeydə alındığı Milandakı görüşdə isə qonaqlar əzmkar qələbəyə seviniblər.

Beləcə, “Fiorentina”dan sonra “Latsio” və “Atalanta” da adını yarımfinala yazdırıb.

İtaliya Kubokunda 1/4 finala sabah keçiriləcək “Yuventus” – “Frozinone” matçı ilə yekun vurulacaq.

İtaliya Kuboku
1/4 final
9 yanvar

Fiorentina – Bolonya 0:0 (penaltilər 5:4)

10 yanvar

Latsio – Roma 1:0
Qol: Zakkayni, 51-pen.

Milan – Atalanta 1:2
Qollar: Leao, 45 – Kopmeyners, 45+2; 59-pen.

11 yanvar

00:00. Yuventus – Frozinone

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: