İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl” klubu komandasının ulduz futbolçularından biri ilə vidalaşa bilər.
Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.
Klubun baş icraçı direktoru Darren İlz bildirib ki, İngiltərə Premyer Liqasının müəyyən etdiyi maliyyə qaydalarına görə, “sağsağanlar” əsas oyunçularından birini satmaq haqda düşünməli olacaqlar.
İlz satılacaq futbolçuların hücumçu Aleksander İsak, müdafiəçi Sven Botman və yarımmüdafiəçi Bruno Gimaraynsdan biri olduğunu bildirib. İlzin vurğuladığı kimi, oyunçuların satılması İngiltərə Premyer Liqasının mənfəət və davamlı inkişafı ilə bağlı liqanın maliyyə qaydalarına əsaslanır.
“Transfermarkt” internet-portalı adı çəkilən futbolçuların transfer dəyərini belə müəyyən edir:
Aleksander İsak – 70 milyon avro;
Sven Botman – 45 milyon avro;
Bruno Gimarayns – 85 milyon avro.


