Bosniya və Hersoqovina yığmasının və “Milan”ın dayaq yarımmüdafiəçisi Rade Kruniç kareyrasını “Fənərbaxça”da davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Fənərbaxça” 30 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) qədər icarəyə götürüb.
Rade Kruniç “Milan”a 2019-cu ilin iyul ayında “Empoli”dən, 8,6 milyon avro qarşılığında gəlib. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 139 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Kruniç daha öncə “Empoli”dən başqa “Doni Srem”, “Borats” və “Sutyeska” kimi komandalarda da forma geyinib. Bosniya və Herseqovina yığmasının kapitanı olan Rade, milli komandada 32 oyun keçirib, 4 qola imza atıb.


