Qadin voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 8-ci turunun son oyunu keçirilib.
Arena.az xəbər verir ki, Tovuz Olimpiya İdman Kompelsində baş tutan qarşılaşmada “Gəncə” UNEC komandasını qəbul edib.
Gəncə təmsilçisi görüşə yaxşı başlayıb və yekunda 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, 8 turdan sonra “Azərreyı” 19 xalla (6 qələbə) turnir cədvəlinə liderlik edir. “Abşeron” 18 xalla (6 qələbə) ikinci, “Murov” 17 xalla (6 qələbə) 3-cü, “Gəncə” 12 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla (2 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Qeyd edək ki, Azərbaycan çempionatının turnir cədvəlində yerlər komandaların qələbə sayına görə müəyyənləşir. Qələbə sayı bərabər olduqda xallar, xallarda bərabərlik olarsa, setlərin, topların nisbəti, burada da bərabərlik olarsa, komandaların şəxsi oyunları nəzərə alınır.
Yüksək Liqa
8-ci tur
13 yanvar
“Gəncə” – UNEC 3:0 (25:11, 25:15, 25:16)


