Bundesliqa: “Borussiya” “Ştutqart”ı 3 qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Boxum” – “Verder” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Mönxenqladbax “Borussiya”sı isə “Ştutqart”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Beləliklə, 17 turdan sonra 45 xala malik Leverkuzen “Bayer”i vahid liderdir. Bir oyun az keçirmiş və 41 xala malik son çempion “Bayern” ikinci pillədədir. İlk üçlüyü 34 xalı olan “Ştutqart” qapayır. “Leypsiq” 33, Dortmund “Borussiya”sı 30, “Ayntraxt” 27, “Frayburq” 25, “Hoffenhaym” 24, “Haydenhaym” 21, Mönxenqladbax “Borussiya”sı ilə “Volfsburq” 20, “Auqsburq” 18, “Verder” və “Boxum” 17 xal toplayblar.

“Bayern”lə matçı təxirə salınmış “Union Belrin” 14 xalla 15-cidir. “Maynts” və “Köln”ün hesabında 11 xal var. Sonuncu pillədə qərarlaşmış “Darmştadt” isə cəmi 10 xal toplaya bilib.

Almaniya, Bundesliqa
17-ci tur
12 yanvar

Bayern – Hoffenhaym 3:0
Qollar: Musiala, 18; 70. H.Keyn, 90.

13 yanvar

Auqsburq – Bayer 0:1
Qol: Palasios, 90+4.

Köln – Haydenhaym 1:1
Qollar: Selke, 29 – Bek, 55.

Frayburq – Union Berlin 0:0

Maynts – Volfsburq 1:1
Qollar: Vidmer, 61 – Çerni, 12.

Leypsiq – Ayntraxt 0:1
Qollar: Knauff, 7.

Darmştadt – Borussiya (Dortmund) 0:3
Qollar: Brandt, 24. Roys, 77. Mukoko, 90+2.

14 yanvar

Boxum – Verder 1:1
Qollar: Osterhaq, 64 – Ştark, 90+3.

Borussiya (Mönxenqladbax) – Ştutqart 3:1
Qollar: Hak, 1; 19. Sibaço, 90+1 – Vaqnoman, 56.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: