“Fənərbaxça” Türkiyə Kubokunda 1/8 finala 6:0-la yüksəldi

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Başakşəhər” “Boluspor”u, “Qaziantep” isə “Bodrumspor”u tək qollla mübarizədən kənarlaşdırıb. Üç qolun qeydə alındığı “Antalyaspor” – “Pendikspor” matçında da meydan sahibləri qələbə qazanıblar. “Fənərbaxça” “Adanaspor”u 6 cavabsız qolla yolundan kənarlaşdırıb.

Super Liqa təmsilçilərindən “Alanyaspor” “Samsunspor”a uduzaraq kubokla vidalaşıb. “Adana Dəmirspor” da “Ərzincanspor”la görüşdə penaltilərlə uduzaraq kubokdan kənarda qalıb.

Xatırladaq ki, daha öncə “Fatih Karagümrük”, “Ankaragücü”, “Hatayspor”, “Beşiktaş” və “Bandırmaspor” da 1/8 finala vəsiqə qazanmışdılar.

Türkiyə Kubokunda 1/16 final mərhələsinin qalan oyunları sabah – yanvarın 18-də keçiriləcək.

Türkiyə Kuboku
1/16 final
16 yanvar

Fatih Karagümrük – Kırklarelispor 2:0
Kasımpaşa – Bandırmaspor 0:1
Hatayspor – Sakaryaspor 5:1
Ankaragücü – Rizəspor 3:1
Beşiktaş – Eyüpspor 4:0

17 yanvar

Antalyaspor – Pendikspor 2:1
Başakşəhər – Boluspor 1:0
Qaziantep – Bodrumspor 1:0
Alanyaspor – Samsunspor 1:3
Adana Dəmirspor – Ərzincanspor 2:2
(penaltilər 6:7)
Fənərbaxça – Adanaspor 6:0

18 yanvar

14:00. Sivasspor – Keçiörengücü
16:00. Kayserispor – Gənclərbirliyi
18:00. Konyaspor – Göztəpə
20:00. Trabzonspor – Manisa
22:00. Qalatasaray – Ümraniyəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: