“Mançester Yunayted”də Ten Haqın iş üslubundan narazıdırlar

Düşdüyü uğursuzluq zolağından qurtula bilməyən “Mançester Yunayted”in düşərgəsindən təşviş doğuracaq məlumat sızıb.

Arena.az “The Athletic” nəşrinə istinadən məlumat verir ki, “Mançester Yunayted”in futbolçuları komandanın baş məşqçisi, holland mütəxəssis Erik ten Haqın iş üsullarından narazıdırlar.

Mənbənin məlumatına görə, Ten Haq komandadakı bəzi sələflərindən fərqli, taktiki göstəricilərə daha çox diqqət yetirir. Belə hazırlıqlar adətən 20-30 dəqiqədən bir saata qədər davam edir. Amma komandanın bəzi yaşlı futbolçuları mütəxəssisin, bəziləri hamıya məlum taktiki çalışmalarını təkrar-təkrar yerinə yetirməkdən yorulurlar. Klubda bunun məşğələlərin səmərəsini aşağı salması ilə bağlı narahatlıqlar var.

Xatırladaq ki, daha əvvəl, Erik ten Haqın “Mançester Yunayted”in sükanı arxasında cari mövsümün sonuna qədər qalacağı haqda xəbərlər yayılmışdı. Belə ki, klub yeni həmsahibi Cim Retklifin rəhbərliyi altında yenidənqurma siyasəti həyata keçirir, yüksək tələblər müəyyən edir və bu yöndə güzəştsiz mövqe tutur.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümünün turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Erik ten Haqın yetirmələri 21 görüşdən 32 xal toplayıblar. Premyer Liqaya 48 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: