“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun 1/16 finalında “Nyuport Kaunti” üzərində qələbəsini (4:2) şərh edib.
Arena.az BBC-yə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İlk 35 dəqiqə rahat keçdi, 2:0 öndə idik. 3:0 və ya 4:0 olmalı idi. Sonra rəqib yoxdan imkanlar yaratdı. Əks-hücumlar qarşısında müdafiəmiz zəif idi. Qələbə qazanmaq üçün hər şeyə yenidən başlamalı idik, amma buna nail olduq. Əla işdir, uşaqlar.
Oyuna nəzarət edirdik. Yəqin ki, bir az yavaşladılar, amma 3:0 öndə ola bilərdilər. Qarnaço daha onda tirə tuş gəldi. Rəqibin heç bir imkanı yox idi, ümumiyyətlə yox idi, amma birdən o, qol vurdu”, deyə Erik ten Haq oyunu təhlil edib.
Qələbə sayəsində “qırmızı şeytanlar” 1/16 final mərhələsini adlayaraq, 1/8 final mərhələsinə yüksəliblər.
Vurğulanır ki, “Mançester Yunayted” Premyer Liqa, Liqa Kuboku və Çemponlar Liqasındakı uğursuzluqları mənzərəsində İngiltərə Kubokunda qalibiyyəti hədəfləyib. “Qırmızı şeytanlar” bu yarışdan sözün həqiqi mənasında bərk yapışıblar.


