AFFA Vadar Nuriyevi iki oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı cəzalar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 22-ci tur

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Oyunun fasiləsində “Kəpəz”in futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Gəncə klubu buna görə də 500 manat cərimə edilib. “Səbail”inn 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu da 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində “Araz-Naxçıvan”ın məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Naxçıvan klubu buna görə 1500 manat cərimə ödəyəcək. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt klubu 1000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 22-ci tur

“Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Sumqayıt-2” oyununda “Zirə”nin futbolçusu İlqar Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Zirə” klubu buna görə 50 manat cərimə ödəyəcək.

Birinci Liqa, 14-cü tur

“Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı”nın 6 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib. “Araz Saatlı”nın baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə Saatlı klubu 50 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: