Futbol üzrə Tacikistan milli komandasının baş məşqçisi, Almaniyadan olan 57 yaşlı mütəxəssis Petar Şeqrt istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, alman mütəxəssisin müddəti başa çatan müqaviləsi yenilənməyib.
Xatırladaq ki, Tacikistan yığması bu baş məşqçinin rəhbərliyi altında Asiya Kubokunda 1/4 final mərhələsinə qədər irəliləyib. Yalnız bu mərhələdə finalçı İordaniyaya məğlub olan (0:1) taciklər mübarizəni dayandırmışdılar.
Petar Şeqrt 2022-ci ilin yanvar ayından Tacikistan yığmasına rəhbərlik edirdi. O, bu müddətdə sözügedən komandanı 24 oyuna çıxarıb. Taciklər bu oyunlarda 11 qələbə qazanıblar, 7 heç-heçə ediblər və 6 məğlubiyyətə üzülüblər.
Şeqrt daha əvvəl Maldiv adaları, Əfqanıstan, Gürcüstan yığmalarında, həmçinin Gürcüstanın U-21 yığmasında da baş məşqçi kimi çalışıb. Alman məşqçi “Leoben”, “Rid”, “Vyana Sportklub”, “Bali Devata”, “Makassar”, “Zvezda Qradaçaç” kimi klublarda da baş məşqçi olub.


