Bundesliqa: “Bayer” və “Ştutqart”dan növbəti qələbə – Video

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı görüş baş tutub.

Səfərdə “Volfsburq”la qarşılaşan Dortmund “Borussiya”sı xal itkisi ilə üzləşib.

“Haydenhaym”ın qonağı olan “Bayer” isə bu turu da 3 xalla başa vurub.

“Ştutqart” da “Darmştadt” səfər oyunundan qalib ayrılıb. “Hoffenhaym” evdə “Union Berlin”ə, “Maynts” “Auqsburq”a uduzub. “Leypsiq” isə Mönxenqladbax “Borussiya”sı ilə ev oyununda inamlı qələbəyə sevinib.

22-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
22-ci tur
16 fevral

Köln – Verder 0:1
Qol: Njinmah, 70.

17 fevral

Darmştadt – Ştutqart 1:2
Qollar: Seydel, 90+5 – Girassi, 14. Dahud, 90+2.

Haydenhaym – Bayer 1:2
Qollar: Klayndienst, 87 – Frimponq, 45+2. Adli, 81.

Hoffenhaym – Union Berlin 0:1
Qol: Aaronson, 84.

Maynts – Auqsburq 1:0
Qol: Van den Berq, 44.

Volfsburq – Borussiya (Dortmund) 1:1
Qollar: Gerhardt, 64 – Fullkruq, 8.

Leypsiq – Borussiya (Mönxenqladbax) 2:0
Qollar: Simons, 14. Openda, 57.

18 fevral

18:30. Frayburq – Ayntraxt
20:30. Boxum – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: