Erik ten Haq: “Axını döndərdiyimizi söyləmək tezdir”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının İngiltərə Premyer Liqasının ilk dördlüyü uğrunda mübarizəsi ilə bağlı danışıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, axını döndərdiyimizi söyləmək çox tələsik olardı. Biz bunu hələ etməmişik. Yarışa qayıtdıq, amma ilk dördlükdə olmaq bu klubun istədiyi ən azıdır. Ən azı. Amma mən hiss edirəm ki, biz indi düzgün istiqamətdə irəliləyirik. Futbolçularımız işə başlayanda əmin oldum ki, ilk dördlükdə olmaq bacarığımız var. Mən bütün mövsümdə buna əmin olmuşam, amma indi bunu meydanda təsdiqləməliyik”, deyə Erik ten Haq vurğulayıb.

Hazırda “qırmızı şeytanlar” 24 otunda 41 xalla Premyer Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar. 25 otundan 49 xal toplamış “Aston Villa” 4-cü pillədədir. Premyer Liqaya 57 xalla “Liverpul” başçılıq edir

Cari mövsümdə Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyən və avrokuboklarda iştirakına xitam vermiş “qırmızı şeytanlar”, indi Premyer Liqada ən azı 4-cü yeri hədəfləyərək, növbəti mövsümdə qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanmaq istəyindədirlər. Bu, klubun maliyyə vəziyyətini də yaxşılaşdıra bilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: