Xabi Alonso “Bayer”in 10 xallıq üstünlüyünü şərh etdi

“Bayer”in baş məşqçisi Xabi Alonso Leverkuzen komandasının Bundesliqadakı böyük xal fərqi ilə liderliyini şərh edib.

Arena.az “Bayer”in rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İndi yarış cədvəlindəki mövqe heç nə demək deyil. Hələ heç nə qərarlaşdırılmayıb. Biz harada olduğumuzu bilirik, indiyə qədər hər şey bizim üçün yaxşı gedir. Amma qarşıda hələ 10 oyun var – həm bizim, həm də digər komandalar üçün. Biz addım-addım irəliləməyə çalışacağıq”, deyə Xabi Alonso arxayınlaşmadığını başa düşməyə əsas verib.

Hazırda “Bayer” Bundesliqanın 24 turundan sonra 64 xalla yarış cədvəlinin lideridir və ən yaxın izləyicisi “Bayern”i (54 xal) 10 xal qabaqlayır.

Növbəti oyunda Xabi Alonsonun “əczaçılar”ı Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qarabağ”la qarşılaşacaqlar. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: