AÇ-2025: Millimiz Türkiyə ilə bir qrupa düşdü

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində keçirilib.

Yeni formatda təşkil ediləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C liqasında isə 19 komanda çıxış edəcək.

Azərbaycan millisi B liqasında mübarizə aparacaq. Yığmamız püşkatma zamanı 4-cü – sonuncu səbətdə yer almışdı. Püşk nəticəsində yığmamız B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə milli komandalarına rəqib olub.

Qeyd edək ki, AÇ-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: