Ümid Rüstəmov İtaliyada 2-ci qələbəsini qazandı

Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığmamızın üzvü 1/16 final mərhələsində Bakari Hassanı (Keniya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Ümid Rüstəmov növbəti görüşünə martın 10-da çıxacaq. O, 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.

Xatırladaq ki, bu gün daha bir boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador) döyüşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: