Daniel Alves intihar edib?

Braziliya millisinin məşhur sabiq müdafiəçisi, cinsi təcavüzdə ittiham edilərək həbsə məhkum edilmiş Dani Alves intihar edib.

Arena.az məlumat verir ki, bu məlumatı braziliyalı jurnalist Paulo Albukerke özünün “X” sosial şəbəkə hesabı üzərindən yayıb.

Vurğulayaq ki, jurnalistin 11,7 min abunəçisi var. Amma hazırda Braziliyanın aparıcı mətbuat orqanları bu məlumatı şərh etmirlər. “X” sosial şəbəkəsində 500 mindən çox izləyicisi olan “BBO Sports” hesabında da Albukerkenin Daniel Alvesin ölümü ilə bağlı məlumatına istinad edilib.

Ancaq tezliklə bu xəbər futbolçunun yaxınları tərəfindən təkzib edilib. Alvesin yaxınları onun vəkili ilə əlaqə saxladıqdan sonra açıqlama verərək bu şayiələrin doğru olmadığını bildiriblər. Vəkil xəbəri sosial şəbəkədə yayıb bütün dünyaya səhv informasiya ötürən braziliyalı jurnalist Paulo Albuquerqueni məhkəməyə vrəcəklərini söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl Daniel Alves zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Ötənlərin məşhur futbolçusunun cəzasını çəkməyə hazırlaşdığı bildirilirdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: