Konseysao: “Arsenal”a hörmət edirik, qorxmuruq”

“Portu”nun baş məşqçisi Serjio Konseysao Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə “Arsenal”la qarşıdakı səfər oyunu haqda danışıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Portu” Londona döyüşmək, oyunda qalib gəlmək və 1/4 finala çıxmaq üçün gəlib. “Arsenal”a tam hörmətimiz var, amma onlardan qorxmuruq. Hər iki komanda bacarıqlıdır. Onların heyətində kim meydana çıxsa, biz müdafiədə düzgün qarşılıq verməyə hazır olmalı və rəqibi məğlub etməyə çalışmalıyıq”, deyə Konseysao vurğulayıb.

Xatırladaq ki, Portuda keçirilmiş ilk oyunda “əjdahalar” “topçular”ı 1:0 hesabı ilə məğlub ediblər.

Cavab oyunu bu gün Londonun “Emireyts” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: