Dieqo Simeone “İnter”lə oyun haqda: “Diqqət uğurun açarıdır”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ÇL-in 1/8 finalının cavab görüşündə “İnter”ə qarşı ev oyunundan gözləntilərini paylaşıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz gizlənə bilmərik, işə sözlə kömək edə bilməzsən. Bizi əla rəqiblə vacib oyun gözləyir. Komandama, oyunçularıma güvənirəm. Bilirəm ki, onlar gözəl oyun keçirəcəklər.

Diqqət uğurun açarıdır. Bu, həddindən artıq diqqət tələb edən bir oyundur. Bunu göstərən qarşıdurmada qalib gələcək”, deyə Dieqo Simeone vurğulayıb.

Xatırladaq ki, Milanda keçirilmiş ilk oyunda “İnter” “döşəkçilər” üzərində 1:0 hesablı qələbə qazanıb.

Cavab oyunu bu gün, martın 13-də Madriddə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: