Kazimir Ninqa və Tresor Mossi “Sumqayıt”dan ayrılırlar

“Sumqayıt”ın 3 legioneri – İsa Suliman, Kazimir Ninqa və Tresor Mossi ölkələrinin yığma komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi İsa Suliman Dünya Çempionatının Asiya zonası üzrə 2-ci təsnifat mərhələsi çərçivəsində İordaniya ilə qarşılaşacaq Pakistan millisinə dəvət olunub. Bu qarşılaşmalar müvafiq olaraq martın 21-də və 26-da baş tutacaq.

Hücumçu Kazimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində Mavritaniya ilə qarşılaşacaq Çad millisinə çağırılıb. Çad yığması martın 22-də Mavritaniya ilə evdə, ayın 26-da isə səfərdə üz-üzə gələcək.

Yarımmüdafiəçi Tresor Mossi isə 22 və 25 mart tarixlərində beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskar və Botsvana ilə qarşılaşacaq Burundi millisinə dəvət alıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: