Pioli İtaliya klublarının ÇL fiaskosuna aydınlıq gətirdi

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya komandalarının UEFA Çempionlar Liqasındakı uğursuzluğuna aydınlıq gətirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, səviyyə arasındakı fərqi azalıb, hətta digər liqalardakı klubların fərqli maliyyə imkanları olsa belə, fərq azalıb.

“İnter”in yuvarlanması azca gözlənilməz oldu, amma onlar Avropanın ən yaxşı komandaları sırasında qalırlar. Düşünürəm ki, İtaliya klubları digər Avropa klublarından o qədər də uzaq deyil. Amma əlbəttə, əgər digər liqaların klubları bu cür pul xərcləməyə davam etsələr, bu, heç kim üçün asan olmayacaq”, deyə Pioli maliyyə imkanlarının həlledici amil olduğunu qabardıb.

“Milan”ın özünə gəlincə, “rossoneri” Stefano Piolinin rəhbərliyi altında Praqa “Slaviya”sını hər iki oyunda məğlub edərək (4:2, 3:1), Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: