MY və “Çelsi” Federasiya Kubokunda yarımfinala yüksəldilər

Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Lester Siti” ilə üz-üzə gəlib. London təmsilçisi altı qolluq oyunda inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.

Erkən final adlandırılan “Mançester Yunayted” – “Liveprul” görüşü daha gərgin keçib. Əlavə vaxta gedən və bütövlükdə yeddi qolun vurulduğu bu görüşdə də “qırmızı şeytanlar” sevinən tərəf olublar

Beləliklə, İngiltərə Federasiya Kubokunda finala vəsiqə uğrunda “Mançester Yunayted” “Koventri Siti” ilə, “Mançester Siti” isə “Çelsi”ylə mübarizə aparacaq. Yarımfinal görüşləri aprelin 20-də keçiriləcək.

İngiltərə Federasiya Kuboku
1/4 final
16 mart

Vulverhempton – Koventri Siti 2:3
Qollar: Ait-Nuri, 83. Bueno, 88 – Simms, 53; 90+7. Rayt, 90+10.

Mançester Siti – Nyukasl 2:0
Qollar: B.Silva, 13; 31.

17 mart

Çelsi – Lester Siti 4:2
Qollar: Kukurelya, 13. Palmer, 45+1. Çukvuemeka, 90+2. Madueke, 90+8 – Disasi, 51-öz qapısına. Mavididi, 62.

Mançester Yunayted – Liveprul 4:3
Qollar: Maktominey, 10. Antoni, 87. Raşford, 112. Diallo, 120+1 – Makallister, 44. Salah, 45+2. Elliot, 105.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: