Robinyo həbs edilib türməyə salındı

Braziliya millisinin keçmiş futbolçusu, məşhur Robinyo zorlama işində təqsirli bilinərək həbsə alınıb və türməyə salınıb.

Arena.az bu barədə “CNN Brasil” portalına istinadən məlumat verir.

Veteran futbolçu San-Paulu şəhərindən təxminən 150 kilometr məsafədə yerləşən Tremembe həbsxanasına aparılıb. O, müştərək zorlama işi üzrə təqsirli bilinərək 9 il həbs cəzasını çəkməyə başlayacaq.

Ötənlərin məşhur futbolçusu 10 gün karserdə qalacaq, bundan sonra daha 4-5 nəfərin saxlandığı kameraya köçürüləcək. Robinyonun həbsxanada qalma şərtlərinə gündə üç dəfə yemək, günəş vannası qəbul etmək də daxildir.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, Robinyo və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.

Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs verib.

Vurğulayaq ki, Robinyonun özü bu işdə özünü təqsirli bilmir. O, günahsızlığını sübuta yetirmək üçün əlində sübutlar olduğunu bildirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: