Erik ten Haq “Çelsi”yə məğlubiyyət haqda: “Rəqibdən üstün idik”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 31-ci turunda “Çelsi”yə səfər məğlubiyyətinə (3:4) aydınlıq gətirib.

Arena.az BBC-yə istinadən, holland mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, heyrətamiz oyun idi. Yüksək keyfiyyətli fantastik futbol oyunu. “Mançester Yunayted” oyunda üstün idi, amma biz bəzi səhvlərə yol verdik ki, bu da bizə oyun bahasına başa gəldi. Biz bundan dərs almalıyıq. Əgər siz “Mançester Yunayted”in futbolçususunuzsa, bu vəziyyətlərlə necə davranacağınızı artıq bilməlisiniz. Komandamın oyun tərzi xoşuma gəldi, fantastik idi. Biz rəqimizdən üstün idik”, deyə Erik ten Haq vurğulayıb.

Xatırladaq ki, oyunun gedişində 2:0 hesablı üstünlüklərini əldən verib 2:3 hesabı ilə geridə olan “zadəganlar”, oyunun təzminat dəqiqələrində (90+10 və 90+11) iki qol vuraraq “qırmızı şeytanlar”ı evə əliboş yola salıblar.

“Mançester Yunayted” 30 oyundan 48 xalla Premyer Liqanın yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. “Çelsi” isə 29 oyundan 43 xalla 10-cu pillədədir. Premyer Liqaya 30 oyundan 70 xalla “Liverepul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: