Futzal: Kubokun yarımfinal oyunlarının proqramı açıqlandı

Futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün bu ay keçiriləcək yarımfinal mərhələsinin proqramı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu raundun hər iki görüşü aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək. Əvvəlcə saat 15:00-da “Neftçi” İK ilə “Baku Fire” komandaları meydana çıxacaqlar. Bundan 3 saat sonra isə “Araz-Naxçıvan” – PFL matçı baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 7-də keçiriləcək.

Azərbaycan Kuboku
Yarımfinal
25 aprel

Neftçi İK – Baku Fire
Bakı İdman Sarayı. Saat 15:00

Araz-Naxçıvan – PFL
Bakı İdman Sarayı. Saat 18:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: