“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “zadəganlar”ın əsas fəsadının nə olması ilə bağlı sualı cavablayıb.
Arena.az BBC-yə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem” və ya “Liverpul” kimi komandalarla görüşəndə komanda yaxşı oyun keyfiyyətini nümayiş etdirir. Fəsadımız ondadır ki, bizdə sabitlik yoxdur.
Komandanın fəaliyyətlərini təhlil edəndə, həqiqətən, yetkinlik çatışmazlığını görə bilərik, ancaq zaman keçdikcə düzgün tarazlığa nail ola biləcəyik”, deyə Poçettino əmin edib.
Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. “Zadəganlar” 30 oyundan 44 xal toplayıblar.
“Çelsi” növbəti oyununda Premyer Liqa çərçivəsində “Everton”la qarşılaşacaq. Oyun bazar ertəsi, aprelin 15-də keçiriləcək.


