Qızıl Avropa Liqasında mübarizə aparan voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, 1-ci turun qarşılaşmalarını Bakıda keçirən komandamızın rəqibi Rumıniya millisi olub.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıb və təşəbbüsü sonadək qoruya bilib. Beləliklə, yığmamız yarışdakı ilk matçında 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamızın növbəti oyunu mayın 19-da Ukraynaya yığmasına qarşı olacaq. Sabah isə eyni məkanda Rumıniya və Ukrayna milliləri qarşılaşacaqlar.
Qızıl Avropa Liqası
1-ci tur
17 may
Azərbaycan – Rumıniya 0:3 (16:25, 16:25, 19:25)
18 may
18:00 Ukrayna – Rumıniya
19 may
18:00 Azərbaycan- Ukrayna


