Qadınlardan ibarət voleybol üzrə Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komandamız Xorvatiyada təşkil olunan 1-ci tur çərçivəsində Slovakiya yığması ilə üz-üzə gəlib.
Dünən meydan sahibinə qalib gələn millimiz bu dəfə məğlubiyyətə üzülüb. Belə ki, voleybolçularımız ikinci görüşdə 1:3 hesabı ilə məğlub olublar.
Beləliklə, bir qələbə və bir məğlubiyyəti olan komandamız 1-ci turu 3 xalla başa vurub.
Qeyd edək ki, 2-ci turun qarşılaşmaları 24-26 may tarixlərində Rumıniyada təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və İsveç yığması olacaq.
Qızıl Avropa Liqası (Xorvatiya)
1-ci tur
18 may
Slovakiya – Azərbaycan 3:1 (21:25, 25:20, 25:16, 25:19)


