AÇ-2024: Sloveniya yığması heyətini açıqladı

Futbol üzrə Sloveniya yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək ilkin heyəti müəyyənləşib.

Arena.az bu barədə Sloveniya yığmasının “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Vurğulayaq ki, siyahıda hazırda 30 futbolçu var. Yekun iştirak ərizəsinə isə yalnız 26 futbolçu daxil ediləcək.

Sloveniya yığmasının Avropa çempionatı üçün ilkin heyətini təqdim edirik:

Qapıçılar: Yan Oblak (“Atletiko”, Madrid, İspaniya), Vid Belets (APOEL, Kipr), İqor Vekiç (“Vayle”, Danimarka), Matevj Vidovşek (“Olimpiya”, Lyublyana);

Müdafiəçilər: Yan Karniçnik (“Çelye”), Miha Blajiç (“Lex”, Poznan, Polşa), Yaka Biyol (“Udineze”, İtaliya), Erik Yanja (“Qurnik”, Polşa), Petar Stoyanoviç (“Sampdoriya”, İtaliya), Vanya Drkusiç (“Soçi”, Rusiya), David Brekalo (“Orlando Siti”, ABŞ), Jan Zaletel (“Viborq”, Danimarka);

Yarımmüdafiəçilər: Timi Elşnik (“Olimpiya”, Lyublyana), Sandi Lovriç (“Udineze”, İtaliya), Adam Çerin (“Panatinaikos”, Yunanıstan), Yon Qorents Stankoviç (“Şturm Qraz”, Avstriya), Tomi Horvat (“Şturm Qraz”, Avstriya), Yasmin Kurtiç (“Südtirol”, İtaliya), Benyamin Verbiç (“Panatinaikos”, Yunanıstan), Nino Juqel (“Bodo Qlimt”, Norveç), Miha Zayç (“Fənərbaxça”, Türkiyə), Adrian Jelkoviç (“Spartak”, Trnava, Slovakiya);

Hücumçular: Yan Mlakar (“Piza”, İtaliya), Yan Vipotnik (“Bordo”, Fransa), Benyamin Şeşko (“Leypsiq”, Almaniya), Andraj Şporar (“Panatinaikos”, Yunanıstan), Yan Çelar (“Luqano”, İsveçrə), Luka Zahoviç (“Poqon”, Polşa), Yosip İliçiç (“Maribor”).

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Sloveniya yığması “C” qrupunda Danimarka, İngiltətə və Serbiya yığmaları ilə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: