Alberto Cilardino “Cenoa”da qaldı – Rəsmi

İtaliya A Seriyasında mübarizə aparan “Cenoa” klubunda baş məşqçi Alberto Cilardino ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə Genuya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 41 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən, 2026-cı ilin 30 iyununa kimi “Cenoa”ya rəhbərlik edəcək. İtalyan mütəxəssisin əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonuna kimi idi.

Alberto Cilardino 2022-ci ilin dekabr ayından “Cenoa”ya rəhbərlik edir. Gənc mütəxəssis bu komandanı indiyə qədər 64 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 28 qələbə qazanıb, 19 heç-heçə edib, 17 məğlubiyyətə üzülüblər.

“Cenoa” A Seriyasının cari mövsümündə 37 oyuna 11 qələbə qazanıb, 13 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb. Komanda 2023/2024 mövsümünün sonuna bir tur qalmış 46 xalla 11-ci pillədə qərarlaşıb.

Cilardino daha öncə “Syena”, “Pro Verçelli” və “Ressato” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi izləyin: