“Milan” Stefano Pioli ilə yollarını ayırdığını bəyan etdi

“Milan” italyan mütəxəssis Stefano Pioli ilə yollarını ayırdığını rəsmən bəyan edib və mütəxəssisə təşəkür edərək, uğurlar diləyib.

Arena.az bu barədə “Milan”ın rəsmi saytına istinadən məlumat verir:

“Milan” Stefano Pioli və onun heyətinə son beş ildə əsas komandaya rəhbərlik etdiyinə, yaddaqalan qənimət qazanmasına və “Milan”ın Avropanın əsas klub yarışlarında davamlı iştirakını bərpa etdiyinə görə səmimi təşəkkürünü bildirir. Stefanonun peşəkarlığı və insani təması ilk gündən klubun əsas dəyərlərini təcəssüm etdirərək, komandanın tərəqqisinə mühüm töhfə verib”, – “rosseneri”nin rəsmi saytındakı müvafiq bəyanatda deyilir.

Stefano Pioli “Milan”ı 2019-cu ilin oktyabrında qəbul edib. 58 yaşlı italyan mütəxəssisin “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Stefano Piolinin rəhbərliyi müddətində “Milan” bütün yarışlarda 239 oyuna çıxıb, 132 qələbə qazanıb, 55 heç-heçə edib, 52 məğlubiyyət acısısı yaşayıb. Topların fərqi isə 434:279 nisbətindədir.

Pioli “Milan”a 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandırıb.

Cari mövsümdə isə Pioli “Milan”la İtaliya A Seriyasının gümüş medalını qazanıb. “Rossoneri” 37 oyundan 74 xalla yarış cədvəlində 2-ci pilləni təmin edərək, növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: