“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun finalında “Mançester Siti” üzərində qələbəsini (2:1) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandaya təriflərimi bildirirəm. Simamıza uyğun oyun nümayiş etdirdik. Çox güclü. Heyətimizdə müəyyən oyunçular olanda necə oynaya biləcəyimizi gördünüz. Bəziləri hətta oyuna tam hazır deyildilər, amma oyun çox yaxşı keçdi.
Bütün il ərzində jurnalistlərə bunu deyirəm – oyunçular sağlam olanda biz yaxşı futbol oynaya bilərik. Dünyanın ən yaxşı komandasına qarşı çox yaxşı çıxış idi.
Öz şəhərinizin komandasına qarşı oynadığınız zaman bu kimi oyunlar daha da vacib olur. Oyunçular dözümlülük nümayiş etdirdilər və mən onlarla fəxr edirəm.
Bizim ünvanvanımıza tənqidlər? Bizim oyunçularımız yox idi. Biz heç də həmişə yaxşı futbol nümayiş etdirməmişik – müyyən mənada yox, – amma biz daima güzəştə getməli olurduq, belə bir vəziyyətdə isə oynamaq istədiyin futbolu oynaya bilməzsən.
İki il ərzində cəmi iki, üç və ya dörd dəfə tam heyət bizim ixtiyarımızda olub. Hətta bu gün Harri Maquayr, Lyuk Şou və Kazemiro kimi görkəmli oyunçulardan məhrum idik”, deyə Erik ten Haq vurğulayıb.
Xatırladaq ki, dünən, mayın 25-də Londonun məşhur “Uembli” stadionunda keçirilmiş final oyununda “qırmızı şeytanlar” əzəli rəqibləri “şəhərlilər”i 2:1 hesabı ilə məğlub ediblər.
“Mançester Yunayted” 13-cü dəfə İngiltərə Kubokunun qalibi olub. “Mançester Siti”nin isə 7 qəniməti var.
İngiltərə Kubokunda ən çox qalibiyyət əldə etmiş komanda isə “Arsenal”dır. “Topçular”ın 14 qəniməti var.


