Kaxaber Sxadadze “Qəbələ” ilə yeni müqavilə imzaladı

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən və elitanı tərk edən “Qəbələ” baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

Arena.az bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Sxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Kaxaber Sxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tiflis, 2001-02), “Dinamo” (Tiflis, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: