Estoniyalı futbolçu Erik Sorqa ilə “Sumqayıt” Futbol Klubu arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Arena.az xəbər verir ki, Sumqayıtın eyniadlı təmsilçisi 24 yaşlı hücumçunu heyətində saxlamağa ehtiyac duymayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu üzdən də estoniyalı futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Erik Sorqa ötən mövsümün əvvəlindən bu komandanın uğurları üçün çalışırdı. O, bu müddət ərzində 27 Premyer Liqa və 3 kubok matçında meydanda olub. Hücumçu bu qarşılaşmalarda 7 qol (5 Premyer Liqa; 2 kubok) və 3 məhsuldar ötürmə (2 Premyer Liqa; 1 kubok) ilə yadda qalıb.


