Məhəmməd Kamaraya 4 oyunluq cəza verildi

Fransa Liqa 1-in təmsilçisi “Monako”nun malili dayaq yarımmüdafiəçisi Məhəmməd Kamaraya 4 oyunluq diskvalifikasiya cəzası verilib.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl Fransanın idman naziri Ameli Udea-Kastera Məhəmməd Kamaranın homofobiya ilə mübarizə tədbirində iştirak etmək istəmədiyinə görə cəzalandırılmasını istəmişdi.
Belə ki, Məhəmməd Kamara “Monako”nun Liqa 1-in 34-cü turunun “Nant”la oyununda (4:0) formasının üzərində olan homofobiya ilə mübarizəyə dəstək üçün loqonu ört-basdır edərək yapışdırıb.

Vurğulanır ki, LGBT hərəkatına fərqli baxışlar mövcuddur. Afrikaəsilli futbolçunun vətəni, əhalinin 95%-nin İslam dininə mənsub olduğu Malidə müvafiq cərayanların qəbuledilməz olması, milli mədəniyyət bu kimi halları qəbul etməməsi də anlaşılmalıdır. Bu da futbolçunun öz baxışlarını həyata keçirməsinə iradə azadlığı verir.

Göründüyü kimi, Fransanın bu məsələyə fərqli baxışları var. Nəticəsi də Məhəmməd Kamaranın cəzalandırılması ilə göz qabağındadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: