“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının final oyununda “qaymaqlılar”ın qapıçısını hansı qapıçının qoruyacağını açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Andrey Lunin qripə yoluxub, amma özünü artıq yaxşı hiss edir. O, ehtiyat oyunçular skamyasında qalacaq, Tibo Kurtua isə oynayacaq”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final oyununda “Real” bu gün, iyunun 1-də Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


