“Yuventus”un sabiq müdafiəçisi Corco Kyellini “byankoneri”nin A Seriyasının son mövsümündəki nəticələri barədə danışıb.
Arena.az italyan futbol adamının bu barədə fikirlərini təqdim edir:
“Hətta Xosep Qvardiola da bu il “Yuventus”da daha yaxşı nəticə əldə edə bilməzdi”, deyə Kyellini vurğulayıb.
Xatırladaq ki, mövsüm boyu qeyri-sabit çıxışı ilə diqqət çəkmiş “Yuventus” mövsümü bürünc medalla başa vurub. Turin təmsilçisi növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış edəcək.
Hazırda İtaliya nəhəngi baş məşqçisizdir. Klub rəhbərliyi ötən mövsüm başa çatmamış baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərmişdi. Onun yerinə Tyaqo Mottanın gətirilməsi gözlənilir. Hansı ki, Motta hətta buna görə uğurlu mövsüm keçirdiyi “Bolonya”dan ayrılıb. Amma Turin klubu bu təyinatı açıqlamağa hələ tələsmir.


