Ayxan Hüseynov daha 2 il “Turan Tovuz”da!

Növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz”da Ayxan Hüseynov ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşməsinin müddəti bu ay başa çatan gənc futbolçu yeni müqaviləyə əsasən 2026-cı ilin 30 iyununa kimi Tovuz klubunun uğurları üçün çalışmağa davam edəcək.

Ayxan Hüseynov 2022-ci ilin iyul ayından “Turan Tovuz”da çıxış edir. 24 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 70 oyunda 10 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Rusiyada “Ximki”, “Ural”, “Leninqradets”, “Nijni Novrqorod”, “Dolqoprudnı” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Turan Tovuz” daha öncə Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano və Emmanuel Hakmanla da yeni müqavilə bağlamışdı. Tərlan Əhmədli (“Araz-Naxçıvan”), Fərid Nəbiyev (“Səbail”) və Aydın Bayramov (“Zirə”) isə komandanı tərk ediblər. Əvəzində “Şamaxı”da icarədə olmuş Elçin Qasmov Tovuz klubunun düşərgəsinə qayıdıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: