AÇ-2024: Niderlanddan Polşa üzərində əzmkar qələbə

Niderland və Polşa yığmaları Almaniyada təşkil olunmuş futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) ilk oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.

Üçüncü oyun gününün ilk görüşü D qrupu çərçivəsində Niderland və Polşa yığmaları arasında baş tutub. Qarşılaşmada hesabı polyaklar açıblar. Lakin ruhdan düşməyən Niderland yığması yekunda 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, D qrupunun digər görüşü sabah Avstriya və Fransa yığmaları arasında baş tutacaq.

Bu gün daha iki oyun keçiriləcək. C qrupu çərçivəsində əvvəlcə Sloveniya və Danimarka yığmalarının oyunu baş tutacaq. Ştutqartda təşkil olunacaq matça saat 20:00-da start veriləcək.

Günün sonuncu oyunu isə Serbiya və İngiltərə yığmaları arasında baş tutacaq. Gelzenkirxendə keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək.

AÇ-2024
D qrupu
16 iyun

Polşa – Niderland 1:2
Qollar: Adam Buksa, 16 – Kodi Qakpo, 29. Vaut Veqorst, 83.
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Hamburq, “Volksparkstadion”.

Xəbəri sosial şəbəkələrdə paylaş: