Sergey Rebrov rumınlarla oyundan gözləntilərini paylaşdı

Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Rumıniya yığması ilə qarşıdakı oyun haqda danışıb.

Arena.az Ukrayna Futbol Assosiasiyasının (UAF) mətbuat xidmətinə istinadən, ukraynalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İnanıram ki, Ukraynanın bu səhnədə olması çox vacibdir. Bizdə indi futbol birinci yerdə deyil. Bütün futbolçular üçün çətin vaxt olsa da, yarışa başlamaq böyük zövqdür. Rumıniya yığması son vaxtlar uğur qazanıb. Onların çox yaxşı gənc futbolçuları var. Bu, nəyi və necə edəcəyini anlayan komandadır. Onların çox sürətli oyunçuları var ki, mahiyyət etibarilə komandanı AÇ-2024-ə çıxarıblar.

Almaniya? Biz bu ölkədə oynamağı sevirik, burada yoldaşlıq oyunu keçirdik. Biz təşkilati səviyyəni görürük – bu, görünməmiş bir məqamdır. Almaniyaya gələndə, sanki həmişə evdə oynayırıq kimi hiss edirik. İl boyu birlikdə işləməyimiz çox vacibdir. Mən görürəm ki, oyunçular bizim onlardan nə əldə etməyə çalışdığımızı daha yaxşı başa düşürlər. Biz bir-birimizi əvvəldən daha yaxşı başa düşürük.

Rəqiblərimizə hörmət etməli və hər oyuna diqqətlə köklənməliyik”, deyə Sergey Rebrov vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “E” qrupunda Rumıniya – Ukrayna oyunu bu gün, iyunun 17-də Münhenin “Alyans-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: