Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Slovakiya yığması ilə qarşıdakı oyun haqda danışıb.
Arena.az məlumat verir ki, alman-italyan mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında fikir bildirib:
“Mən bütün komandama inanıram. Təsnifatda Slovakiya yığmasının nəticələri yalan danışmır: onlar cəmi iki oyunda və hər ikisində məhz Portuqaliya yığmasına məğlub olublar. Onlar aqressiv komandadırlar, yüksək təpki edirlər və 90 dəqiqə ərzində bunu dayandırmırlar. Şaquli oynayırlar və həmişə hücum etməyə çalışırlar”, deyə Tedesko bildirib.
Mütəxəssis həmçinin Belçika yığmasını 2024-cü il Avropa çempionatının favoritləri arasında görmədiyini başa düşməyə sövq edən fikir səsləndirib:
“Fransa əla vəziyyətdədir, amma Portuqaliya da təsnifat mərhələsində fantastik çıxış edib. İspaniya, İngiltərə və təbii ki, evdə Almaniya əsas favoritlər olacaq”, deyə Domeniko Tedesko vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “E” qrupunda Belçika – Slovakiya oyunu bu gün, iyunun 17-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


