Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AÇ-2024-ün qrup mərhələsi 1-ci turunda Türkiyə millisi ilə qarışıdakı oyundan danışıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, fransız mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Komandamız və Türkiyə millisi bu yarışda ilk oyununu keçirəcək. Və əminəm ki, onlar bizdən daha çox təzyiq altındadırlar. Türkiyə komandasının güclü tərəflərindən uzun müddət danışa bilərik, çünki onların əla texnikası olan çoxlu güclü oyunçuları var. Bu, komandamız üçün böyük sınaq olacaq.
Oyunçularım bir neçə gün bu duyğulara qapıldılar və hətta gündəlik işlərinə keçmək onlar üçün çətin idi, amma oyundan əvvəl onlarla söhbət apardıq, dedik ki, indi qarşımıza yeni hədəflər qoymalıyıq. Ona görə də hamısı bu mərhələni keçiblər, indi hazırdırlar.
Bütün azarkeşlərimiz gələ bilmədilər. Kimin burada olub, kimin Gürcüstanda qalması vacib deyil. Bilirik ki, hamımız birik: bəziləri tribunalarda, bəziləri sosial şəbəkələrdə, bəziləri evdə. İstənilən dəstəyi hiss edirik. Oyunçular bunu hiss edirlər – bu, böyük yük və gücdür. Bütün ölkə sənin arxanda olanda daha güclüsən”, deyə Villi Sanyol vuğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda “F” qrupunda Türkiyə – Gürcüstan oyunu bu gün, iyunun 18-də Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


