Çexiya yığmasının baş məşqçisi İvan Haşek AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Portuqaliya yığması ilə oyunu (1:2) şərh edib.
Arena.az çex mütəxəssisin oyunsonrası mətbuat konfransında bu barədə səsləndirdiyi fikirlərini təqdim edir:
“Etiraf etməliyəm ki, işi bitirmədiyimiz üçün çox təəssüflənirik, buna yaxın idik. Dünyanın ən yaxşı komandalarından biri olan Portuqaliya yığmasının həyatını çox çətinləşdirdik.
Kristiano Ronaldonun hər oyunda öz yaşında nə qədər təhlükəli olması inanılmazdır. Yenə dahiliyini göstərdi, imkan yaratmağı bacarır. Onun qarşısında şlyapamı çıxarıram, o, futbol tarixinin ən yaxşı oyunçularından biridir. Həqiqətən heyrətamiz insandır”, deyə Haşek vurğulayıb.
1-ci turdan sonra Türkiyə və Portuqaliya yığmaları “F” qrupunda hər biri 3 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. Çexiya və Gürcüstan yığmaları xalsızdırlar və müvafiq olaraq 3-cü və 4-cü yerlərdə qərarlaşıblar.


